İsraildə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın İsraildəki səfirliyi Təl-Əviv şəhərində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirib.
Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə İsrail ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə edilmiş səfirlər və diplomatlar, jurnalistlər, qeyri-hökumət təşkilatları və ali təhsil müəssisələrinin təmsilçiləri, diaspor nümayəndələri olmaqla 250 nəfərə yaxın şəxs iştirak edib.
Əvvəlcə İsrail Prezidenti İsxak Hersoqun videoformatında təbriki dinlənilib.
Səfir Muxtar Məmmədov və nazir, Azərbaycan Respublikası hökuməti və İsrail Dövləti hökuməti arasında Birgə Komissiyanın həmsədri Zeev Elkin müstəqil Azərbaycanın uğurları, iki ölkə münasibətlərinə dair fikirlər söyləyiblər.
Daha sonra İsraildə fəaliyyət göstərən Azərbaycan əsilli musiqiçilər Sultan Nadirov və Emil Hüseynov kamança və alt alətlərində canlı musiqi ifa ediblər. İştirakçılara Azərbaycanın milli mətbəxinin təamları təqdim olunub.