İSTANBULDAKI PARTLAYIŞLARDA ƏLİ OLMAQDA ŞÜBHƏLİ BİLİNƏN 20 NƏFƏR TUTULMUŞDUR
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, Türkiyə polisi İstanbul və Konya şəhərlərində 20 nəfəri tutmuşdur. Güman edilir ki, İstanbul sinaqoqları və Britaniya nümayəndəlikləri yaxınlığında 61 nəfərin ölümü və 700-dən artıq adamın yaralanması ilə nəticələnmiş partlayışlarda onların əli var. Tutulanlardan birinin evində 12 kisə partlayıcı maddə aşkar edilmişdir.
Partlayıcı maddələr barədə istintaq orqanlarına bundan əvvəl həbs olunmuş terrorçulardan biri xəbər vermişdir.
İstanbulun valisi Müəmmər Gülər bildirmişdir ki, polis əməkdaşları tutulanlardan hər birinin “Türkiyə “Əl-Qaidəsi” ilə əlaqəsini araşdırırlar. Onun dediyinə görə, Türkiyənin xüsusi xidmət orqanları bu şəhərdə əlavə təhlükəsizlik tədbirləri görmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]