İsveçrə - Türkiyə oyununu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək
Bakı, 18 iyun, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək İsveçrə - Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın idarə edilməsi Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Videonəzarət sistemi (VAR) üzrə hakim isə almaniyalı Bastian Dankert olacaq.
İyunun 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə matçı saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]