İsveçrə hökuməti koronavirusun hind variantı ilə bağlı narahatlığını ifadə edib
Bern, 24 aprel, AZƏRTAC
İsveçrənin Federal Səhiyyə İdarəsi (BAG) aprelin 24-də bu ölkədə bir nəfərdə koronavirusun Hindistan variantının (B.1617) müəyyən olunduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, tranzit uçuşla Hindistan hava limanlarından birindən keçməklə İsveçrəyə səfər edən sərnişinin vəziyyəti qənaətbəxş hesab edilir. Hindistan və Pakistanda yoluxmaların yüksək templə artımına səbəb olan və immuninvaziv (immuniteti hədəfə alan) xarakterə malik bu virus variantı İsveçrə hökumətində narahatlıq doğurub. Hazırda hökumət Hindistanın pandemiya ilə bağlı mövcud olan riskli ölkələr siyahısına daxil edilməsi barədə məsləhətləşmələr aparır.
Qeyd edilməlidir ki, bir neçə gün öncə BAG rəsmiləri koronavirusun Hindistan variantı barədə beynəlxalq qurumlar tərəfindən dəyərləndirilmə aparılmadığını və buna görə də ölkəyə giriş qadağası və ya digər məhdudlaşdırıcı tədbirlərin görülməsi üçün məlumat bazasının yetərli hesab edilmədiyini bildiriblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]