İsveçrədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bern, 21 yanvar, AZƏRTAC
İsveçrənin Bern şəhərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində səfir Fuad İsgəndərov 20 Yanvar faciəsinin başvermə səbəblərindən, xalqımızın azadlıq mübarizəsindən, ərazi bütövlüyümüzə yönəlmiş addımlara qarşı öz etiraz səsini ucaltmasından danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hərbi cinayət insanların milli azadlıq əzmini qırmağı qarşısına məqsəd qoysa da, Azərbaycan xalqı bu haqsızlığa və cinayətə qarşı daha da mətinləşdi, mübarizədə geri çəkilmədi. Xalqımız qarşılaşdığı informasiya blokadasına, ayrı-seçkiliyə, hər cür düşmənçiliyə baxmayaraq ayağa qalxardı və öz hüquqlarını əzmlə müdafiə etdi. Ona görə də Qara Yanvar ağır faciə olmaqla bərabər, həm də xalqın qəhrəmanlıq salnaməsidir.
Səfir Prezident İlham Əliyevin bu günlərdə Davos Dünya İqtisadi Forumunda keçirdiyi görüşlər barədə də məlumat verib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]