İtaliyada pandemiyadan sonra bərpa planı təqdim olunub
Roma, 24 aprel, AZƏRTAC
İtaliyada Baş nazir Mario Draqi Nazirlər Kabinetinin iclasında Aİ-nin Bərpa Proqramı çərçivəsində təqdim olunan vəsaitlər əsasında ölkədə pandemiyadan sonrakı dövr üçün bərpa planını təqdim edib.
AZƏRTAC xəbər verir ki, 191,3 milyard avro vəsaitlə İtaliya Aİ üzvləri içərisində 750 milyard avroluq proqram çərçivəsində ən yüksək yardım alan ölkədir. Bu yardımdan əlavə, İtaliya məşğulluq bazarının canlandırılması üçün əlavə 27,4 milyard avro vəsait də alacaq.
Gələn həftə ölkə parlamenti tərəfindən təsdiqlənməli və Avropa Parlamentinə göndərilməli olan bu plana əsasən, tezliklə yardımların 27 milyard avrodan ibarət ilk tranşı ödənməlidir. Növbəti mərhələdə isə rəqəmsallaşma, innovasiyalar, rəqabət qabiliyyətinin artırılması və mədəni həyatın canlandırılması sahələrinə 42,5 milyard avro ayrılmalıdır. İtaliya hökuməti “yaşıl inqilab” adlandırılan ekoloji dəyişikliklərlə bağlı layihələri isə 57 milyard avro ilə maliyyələşdirmək niyyətindədir. Davamlı mobillik layihələrinə 25,3 milyard avro, elm və təhsilə 31,9 milyard, səhiyyə sektoruna 15,6 milyard avro, sosial layihələrə isə 19,1 milyard avro yönəldilməlidir.
M. Draqi bildirib ki, İtaliyanın sosial-iqtisadi həyatının dirçəldilməsinə xidmət edən bu plan sayəsində ölkənin ümumi daxili məhsulu üç faiz artacaq. 2022-2026-cı illərdə isə bərpa planının köməyi ilə ümumdaxili məhsulun həcmi 2015-2019-cu illəri əhatə edən dövrün orta göstəricisindən 1,4 faiz yuxarı olacaq. Planda qeyd edilir ki, İtaliyada iqtisadiyyatın inkişafı innovasiyalar, rəqəmsallaşma və insan kapitalına investisiyalar sayəsində mümkün olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]