İxracatçılar Çində keçiriləcək sərgiyə dəvət olunurlar
Bakı, 8 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi noyabrın 5-10-da Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək 6-cı Beynəlxalq Çin İdxal sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 30 şirkətdir. İştirakçılar müsabiqə əsasında seçiləcək. Sərginin əhatə etdiyi sahələr qida və içki sənayesidir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında oktyabrın 6-da AZPROMO-da təşkil olunacaq.
Vahid ölkə stendində iştirak etmək üçün müvafiq sənədlər sentyabrın 29-dək AZPROMO-ya təqdim olunmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]