İyulun 1-də və 2-də 26 mindən çox abituriyent imtahan verəcək
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 1-də və 2-də keçiriləcək imtahanlarda iştirak etmək üçün 26 mindən çox abituriyent qeydiyyatdan keçib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanların keçiriləcəyi şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, iyulun 1-də müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə DİM tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:26]
Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası
- 14.10.2026 [11:22]