Jülyet Binoş 78-ci Kann Kino Festivalının münsiflər heyətinə sədrlik edəcək
Paris, 24 aprel, AZƏRTAC
Məşhur fransız aktrisası Jülyet Binoş 78-ci Kann Kino Festivalının münsiflər heyətinə sədrlik edəcək.
AZƏRTAC xəbər verir ki, “Qızıl Palma budağı” mükafatının veriləcəyi festivalda aktrisa amerikalı rejissor Qreta Gerviqi əvəz edir.
"Həyatın bu anlarını münsiflər heyətinin üzvləri və ictimaiyyətlə bölüşməyi səbirsizliklə gözləyirəm. 1985-ci ildə gənc aktrisa şövqü və qeyri-müəyyənliyi ilə ilk dəfə festival pillələri ilə qalxdım. 40 ildən sonra münsiflər heyətinin sədri rolunda geri dönəcəyimi heç təsəvvürümə də gətirməzdim. İmtiyaz və məsuliyyətin həlimliyini və mütləq zərurətini qiymətləndirirəm. Festival tarixində ikinci dəfə iki qadın aktrisa festivalın məşəlini bir-birinə ötürəcək", - deyə J.Binoş bildirib.
Qeyd edək ki, 78-ci Kann Kino Festivalı mayın 13-dən 24-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]