Kamçatkada Mi-8 helikopterinin qəzaya uğradığı yerdə 17 cəsəd tapılıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Kamçatkada radarlardan itmiş Mi-8 helikopterinin qəzaya uğradığı yerdə 17 cəsəd aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Hazırda hadisə yerində Rusiya FHN-in Kamçatka diyarı üzrə Baş idarəsinin axtarış-xilasetmə qrupunun 9 xilasedicisi var. Ərazidə qaranlıq düşdüyü üçün axtarış işləri səhər saatlarına qədər dayandırılıb.
Xatırladaq ki, “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri bir gün əvvəl Kamçatkada radarlardan itmişdi. İlkin məlumata görə, qəza anında helikopterin göyərtəsində 22 nəfər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]