Kamçatkada radarlardan itmiş helikopterin qalıqları aşkarlanıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Kamçatkada radarlardan itmiş Mi-8 helikopterinin qalıqları aşkarlanıb. Onun göyərtəsindəki insanların hamısının həlak olduğu ehtimal edilir.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb. “Çox güman ki, zəif görmə (pis hava şəraiti) səbəbindən helikopter təpəyə çırpılıb”, - məlumatda belə deyilir.
Mi-8-in qalıqları 980 metr yüksəklikdə yerləşir. Hələlik xilasedicilər qəza yerinə piyada gedə bilmirlər.
Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, helikopterin qalıqları havadan aşkarlanıb. Onlar təyyarənin son dəfə əlaqəyə çıxdığı yerin yaxınlığında yerləşir.
Rusiyanın “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri bir gün əvvəl Kamçatkada radarlardan itmişdi. Helikopterdə 3-ü ekipaj üzvü olmaqla, 22 nəfərin olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]