Karateçilərimiz Çexiyada beynəlxalq turnirdə uğurla çıxış ediblər
Bakı, 1 noyabr, AZƏRTAC
Karate üzrə milli komandamızın üzvü İrina Zaretska Çexiyanın Plzen şəhərində keçirilmiş beynəlxalq turnirin ikiqat qalibi olub.
AZƏRTAC xəbər verir ki, o, həm 68 kiloqram çəki dərəcəsində, həm də mütləq çəkidə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.
“Qara Qaplan” klubunun üzvü Veronika Qaşnikova isə 47 kiloqram çəki dərəcəsində birinci yeri tutub.
Karateçilərimiz beynəlxalq turnirdə qadınlardan ibarət yığma komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında iştirak ediblər.