Karateçimiz gənclərin Karate1 Liqa yarışında medal qazanıb
Bakı, 6 iyun, AZƏRTAC
Uşaq, yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız Kiprin Limassol şəhərində gənclərin Karate1 Liqa yarışında uğurla çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, 16-17 yaşlı gənclər arasında keçirilən qarşılaşmalarda karateçilərimizdən Fərid Savadov (55 kq) qızıl, Nicat Kərimli (61 kq) bürünc medal qazanıblar.
Bundan əvvəl isə 14-15 yaşlı idmançılar arasında görüşlərdə karateçilərimizdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) bütün rəqiblərini üstələyərək qızıl medal əldə ediblər. Mehralı Məmmədov (+70 kiloqram) gümüş, Amin Yadigarlı (52 kq) və Aysu Əliyeva (47 kq) isə bürünc mükafata sahib olublar.
Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan yarışda Azərbaycanın 32 karateçisi iştirak edir. İyunun 4-də start götürən və üç gün davam edəcək turnirdə ümumilikdə 37 ölkədən 760 idmançı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]