SİYASƏT
Karel Hirman: Azərbaycan və SOCAR neft təchizatı üçün etibarlı və dürüst tərəfdaşlardır
Bakı, 25 aprel, AZƏRTAC
Mən neft və qaz mühəndisiyəm, Sovet İttifaqının dağılmasından sonrakı onilliyi xatırlayıram. Mən İttifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. İnanıram ki, biz indi qaz bazarı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində söyləyib.
Azərbaycan neftinin uzunmüddətli olduğunu bildirən Karel Hirman qeyd edib: “Azərbaycan və SOCAR neft təchizatı üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşlardır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq”.