Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kataloniya azərbaycanlının gözü ilə: Kosta Daurada

Bakı, 27 fevral, AZƏRTAC

Davamı, əvvəli bax:

Əgər həyatın çox iti tempindən və Barselonada saysız-hesabsız turist axınından yorulmusunuzsa, sizə məsləhət: cəsarətlə Kosta Dauradaya yollanın! Barselonadan ora saat yarıma çatmaq olar. Burada, Kataloniyanın “qızıl sahilboyu”nda - təmiz sulu, günəşin zərrin şəfəqləri altında bərq vuran narın qumlu Aralıq dənizi çimərliklərində rahatlıq tapacaqsınız.

Amma bu, əlbəttə, sivilizasiyadan tam təcrid olma mənası vermir. İstənilən vaxt Kambrilsdə çoxsaylı restoranlara baş çəkə, İspaniyanın ən böyük əyləncə parkı olan “Port Aventura”da öz adrenalin payınızı ala, yaxud sahilboyunun ən böyük şəhəri Tarraqonaya yollanıb, başınızı alış-verişlə qata bilərsiniz. Bəxtiniz gətirsə, Şəhər Günü ilə bağlı keçirilən şənliklərdə iştirak etmək şansınız olacaq. Bu tədbirlər miqyasına görə paytaxt bayramlarından heç də geri qalmır.

Kosta Dauradanın populyar turist cığırlarını keçmiş müxbirimiz öz təəssüratlarını və məsləhətlərini oxucularla bölüşməyə hazırdır.

Metal şam ağacları və lacivərd çimərliklər

Kosta Dauradanın ən tanınan kurortları La Pineda, Salou, Kambrils və Kalafeldir. Onların dördü də Tarraqona əyalətində yerləşir. Çimərliklərin ümumi uzunluğu 92 kilometrdir. Gözəl inkişaf etmiş turizm infrastrukturu və hər zövqə uyğun əyləncə məkanlarının əlçatımlılığı ailəvi istirahət üçün onu ideal yer edir.

Barselonadan Kosta Dauradaya həm dəmir yolu, həm də müasir sürətli avtomobil yolu var. Odur ki, 100 kilometrlik məsafəni bir göz qırpımında keçirsən. Pəncərədən baxdıqda göz oxşayan mənzərələr açılır: yaxşı becərilmiş sahələr, üzümlüklər, zeytunluqlar. Bir qədər sonra fermer təsərrüfatları şam ağacları ilə əvəz olunur. Deməli, populyar kurort şəhəri La Pinedaya yaxınlaşırsınız. Bu şəhərin rəmzi Aralıq dənizinin şam ağaclarıdır. Regionda onlar sayagəlməz qədərdir. Şəhərciyin adı da elə bu bitki növündən törəyib. Belə ki, ispanca “el pino” şam ağacı deməkdir. Burada hətta onun şərəfinə metal ağaclardan installyasiya da var. Onun müəllifi Şavyer Mariskaldır.

La Pineda tipik kurort şəhərciyidir: yastı evlər, kiçik kafe və restoranlar, suvenir dükanları və saysız-hesabsız çimərliklər. Ümumən dörd çimərlik var, lakin həm yerli sakinlər, həm də qonaqlar uzunluğu 2 kilometr olan Playya-de-la Pinedaya daha çox üstünlük verirlər. Bu çimərlik şəhərin düz mərkəzində yerləşir, “Şam ağacı” metal installyasiyası ilə üzbəüz. Digər iri çimərlik - Playya del Rakodur, o, əla şəraiti və inkişaf etmiş infrastrukturuna görə “Mavi bayraq”la mükafatlandırılıb. Burada drayvinq üçün xüsusi yer ayrılıb.

La Pinedanın öz akvaparkı var - mərkəzi küçədə yerləşən Aquopolis. Su attraksionlarından, təpəciklərdən, uşaq əyləncə yerlərindən və mini-qolf meydançasından başqa, akvapark ərazisində eyniadlı delfinari yerləşir. Lakin biz daha səmərəli istirahət məkanı tapmaq üçün səs-küylü akvaparkı tərk etdik. Bundan sonra daha tanınmış bir məkana - SPA-ya və Aquum sağlamlıq mərkəzinə baş çəkdik. Burada nə ucadan gülüb-danışan gənclərə, nə də səs-küylü uşaqlara rast gələ bilərsən. Məkanın başlıca təyinatı relaksasiya və sağlamlığın bərpasıdır. Bundan ötrü müxtəlif temperaturlu suyu olan bir neçə hovuz, sauna, buğ hamamı, buz bulaq, xüsusi duşlar və istiləndirici skamyalar, su-hava taxtları, boyun projektorları, şəlalələr, sualtı cetlər, massaj kabinələri və s. qurulub. Maraqlıdır ki, kompleksə gələnlərin yarıdan çoxu ahıl adamlardır. Şəxsən mən Azərbaycan pensiyaçılarını SPA mərkəzlərdə çətinliklə təsəvvürə gətirirəm. Buradasa buyurun, hər şey göz qabağındadır: təxminən səksən yaşlı qıvraq qarılar qıy çəkərək hovuza atılır, ya da hidromassaj vannaları qəbul edirlər.

Kosta Dauradada daha çox “gözə girən” bir şey də var - rusdilli turistlərin çoxluğu. Rusiya və keçmiş sovet ölkələrindən gələn qonaqlar bu kurorta çoxdan ayaq açıblar və saylarına görə ispanların özündən, habelə səyahətçilər kimi tanınan fransızlardan heç də az deyillər.

Kosta Daurada kurortlarının bir şeyi də yaxşıdır ki, bir-birindən uzaqda yerləşmirlər. La Pineda da məskunlaşsanız da, şam yeməyi üçün yaxınlıqdakı Salouya rahatca gedə, yaxud məşhur “Park Aventura” attraksion parkına yollana bilərsiniz. Əgər burada uzun müddət ləngimək istəmirsinizsə, iki günlüyə başqa bir kurortda dincələ, sonra o birinə köç edə bilərsiniz.

Biz də belə etdik. On beş dəqiqə sonra La Pinedadan 8 kilometr məsafədəki Kambrils şəhərciyinin palmalı bulvarında gəzintiyə çıxdıq.

Balıq günü və kapitalist kooperativi

Bu Kataloniya şəhərinin xoşagələn cəhəti təmiz sulu çimərliklər və sakitcə dincəlmək imkanıdır. Şəhərdə cəmi 35 min adam yaşayır, lakin mövsüm başlayar-başlamaz turist axını hesabına say birə beş artır.

Kambrils qədim dəniz ənənələri olan şəhərdir. Yerli sakinlər bununla fəxr edir. Hər gün balıqçılar dənizə çıxır və ovlarını şəhər limanına düz saat 16.30-da gətirib çıxarırlar. Turistlər və bekar adamlar onları məhz burada gözləyir və sonsuz maraqla ovun çeşidləmə prosesini izləyirlər. Çeşidləmə zamanı müxtəlif növdə və ölçüdə olan balıqlar görmək mümkündür: səkkizayaqlı ilbiz, kalmar, midi, mürəkkəbböcəyi, dəniz kirpiləri və s. Çeşidləmədən sonra balıqlar anbara, oradan da bar və restoranlara göndərilir.

Azərbaycan da dəniz dövlətidir, amma açıq deyək, dəniz nemətləri və onların əlçatan qiymətləri sarıdan bəxtimiz gətirməyib. Buna görə də Kambrilsdə olarkən sərfəli qiymətə dəniz nemətlərini dadmaq fürsətini əldən verməyin.

Kambrilsi təsadüfən Tarraqona əyalətinin qastronomik paytaxtı adlandırmırlar. Bura həm turistlər, həm də xalis katalon yeməkləri dadmaq istəyən Barselona sakinləri, eləcə də qonşu Fransadan qurmanlar gəlirlər. Bir çox kafe və restoranlarda məxsusi olaraq şəhərin qonaqları milli reseptlərlə hazırlanmış yeməkləri dequstasiya edə bilər. 

Xüsusi olaraq mariskada, yaxud paelyunun dadına baxmağı məsləhət görürük: zeytun yağı, tərəvəz və dəniz məhsulları əlavə edilməklə zəfəranlı düyü; istridyə, midi və göbələk, habelə duzda bişirilmiş dorado balığı - dabanbalığı. Onu xüsusilə sağlam həyat tərzi keçirən adamlar və azyağlı pəhriz həvəskarları bəyənirlər, çünki dabanbalığının100 qramlıq filesində cəmi 1,8 qram yağ var. Dəniz duzu içində qızardıldıqda isə dorado çox dadlı və ləziz olur. O, Aralıq dənizi ölkələrində süfrənin şahı sayılır.

Ümumiyyətlə, Kambrils özünün təbii məhsulları ilə tanınır. Yerli fermerlərin özəl mağazasında təbii meyvələr və tərəvəz, bal və şirniyyat, pendir və şokolad, zeytun yağı və müxtəlif hədiyyəlik əl işləri almaq olar. Yeri gəlmişkən, Kambrilsdə soyuq üsulla sıxılmış zeytun yağı yüksək keyfiyyətdədir. Mən bu yağın həm dadına baxdım, həm də onu ala bildim. Qeyri-adi zərif qoz tamı verən yağ adamın ağzında əriyir. Çünki o, bioloji aktiv maddələrlə boldur.

Duz-çörəkli Kambrilsdə kəmərin altını bərkidəndən sonra ən böyük və səs-küylü Kosta Dauradaya - qədim Tarraqonaya yollanmağın əsl vaxtıdır.

Tarraqona əjdahaları və “canlı qəsrin” uçması

Tarraqona bizi coşqun şənliklə qarşıladı. Sentyabrın 14-dən 24-dək burada Santa Tekla şəhər günü bayram edilib. Şənliklər, demək olar ki, Barselonadakı ssenari əsasında, yəni nəhənglərin, əjdahaların paradı, bayram meydanında xalq rəqsləri və kastelyer komandasının çıxışı ilə müşayiət olunub. Hətta mənə elə gəldi ki, heç Barselonadan ayrılmamışam. Tarraqona həm də böyük şəhərdir, sahəsi 60 kvadratkilometrdən çoxdur və inkişaf etmiş urbanistik struktura malikdir. Siz burada iri ticarət mərkəzləri, şüşə və betondan ofis binaları və Nova Rambla mərkəzi piyada küçəsini görə bilərsiniz. Lakin ən çox maraq doğuran şəhərin tarixi hissəsidir.

Tarraqona şəhəri özünün Roma imperiyasından qalan ayrı-ayrı tikililəri (“Şeytan körpüsü” akveduku, qədim Roma divarı, amfiteatrı, sirki, pretoriləri və s.) və imperiya şəhərinin xarabalıqları üzərində salınmış orta əsrlər hissəsini qoruyub saxlaması ilə unikal memarlığa malikdir.

Santa Tekla bayramının əsas mərasimləri elə şəhərin tarixi hissəsində başlayır. Axşam köhnə şəhərin dar küçələrindən keçmək mümkün deyildi. Buradan bayramın müxtəlif personajları yürüş edir və hər yerdə gənclər şənlənirdi. Barselonadan fərqli olaraq Tarraqonada bayrama gələnlərin əksəriyyəti yerli sakinlər idi.

Növbəti gün əsas tədbirlər şəhər meriyasının yerləşdiyi baş meydanda davam etdi. Şəhər administrasiyası bayramı balkondan müşahidə edirdi. Binanın qarşısındakı səhnədə müxtəlif kollektivlər xalq rəqslərini, o cümlədən çobanlar rəqsini, qaraçı rəqsini, Sarelonqa, Moyşiqanqa rəqsini, taxtalarla rəqsi ifa edirdilər. Sonra bayram personajlarının yürüşü başlandı. Onlardan Əjdaha, Öküz, Simurq (Vibriya), Qrifon “od püskürürdü”. Əslində isə onların üstünə tamaşaçılara doğru qığılcımlar saçan güclü petardlar bərkidilmişdi. Əlbəttə ki, bu mənzərəni təhlükəsiz məsafədən seyr etmək daha yaxşı olardı. Yerli sakinlərin çoxu şlyapa və bürüncəkdə idi. Jurnalistlərə isə foto və videotexnikadan muğayat olmaq barədə xəbərdarlıq edilmişdi.

Lakin bayramın ən həyəcanlı hissəsi kastelyerlərin “canlı qəsr” qurması idi. Tarraqonalılar israr edirlər ki, bu milli ənənə məhz bu şəhərdə yaranıb və sonra Kataloniyaya yayılıb. İspaniyada ən yaxşı hesab olunan yerli komandalara məşq üçün xüsusi yer ayrılıb. Deyilənə görə, tarraqonalılar digər regionlardan olan komandaların bacarmadığı ən mürəkkəb fiqurları yaradırlar.

Yerli kastelyerlərin şücaətinə şəxsən əmin olduq. Təəccüblənmiş tamaşaçıların gözləri qarşısında onlar bir neçə doqquz yaruslu nəhəng “insan qəsrləri” “tikdilər”. Lakin bu mərasim qəziyyəsiz ötmədi. Çox hündür piramida tab gətirməyib canlı konstruksiyanı sıx dövrələmiş kütlənin üzərinə aşanda tamaşaçılar kastelyerlərə görə çox narahat oldular. Özü də kastelyerləri uğursuzluq son anda - komandanın ən balaca iştirakçısının zirvəyə qalxdığı və oradan tamaşaçılara öpüş göndərmək istədiyi zaman haqladı. Həmin vaxt kütlənin alqış sədaları onsuz da müvazinəti çətinliklə saxlayan kastelyerləri çox həyəcanlandırdı. Balaca iştirakçı düşməyə başlayanda bütün konstruksiya silkələndi və adamlar bir-birlərinin üstünə yıxıldılar. Əlindən, boynundan xəsarət alanları təcili yardımın işçiləri apardılar. Ümumilikdə, ciddi xəsarət alan olmadı.

Bu da çətin, eyni zamanda şərəfli iş olan “insan qəsri”nin tikilməsi. Kastelyerlər cəmiyyətdə böyük hörmətə malikdirlər, ən yaxşı komandaları isə bəzən milli qəhrəmanlar cərgəsinə qoşurlar. 2010-cu ildə UNESCO “Canlı piramidaları” qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Bir qədər ekstrim və ya son söz əvəzi

Kosta Dauradadan danışanda “Port Aventur” əyləncələr parkını unutmaq olmaz. Təkcə bu parkdan ötrü bu məkana gəlməyə dəyər. Çoxları elə belə də edir. Axı “Port Aventur”un ərazisində fövqəladə attraksion və akvaparkla yanaşı, kafe və restoranlar, otellər də var. Parkın ərazisindən uzaqlaşmadan bu otellərdə günlərlə qalmaq olar. “Port Aventur” İspaniyada, eləcə də Avropada ən çox ziyarət olunan əyləncələr parkıdır. Bura ildə üç milyondan çox qonaq gəlir. Marşrutu da asandır, Kosta Dauradanın kurortları arasında işləyən bütün avtobuslar buradan keçir və parkın qarşısında saxlayır. Həmçinin yaxında dəmiryol stansiyası, yarım saatlıq məsafədə isə Reus aeroportu yerləşir.

Bu il yaradılmasının 20 illiyini qeyd edən park Aralıq dənizi, Polineziya, Çin, Meksika və Vəhşi Qərb olmaqla 5 tematik zonaya bölünüb. Yaddaqalan “Şambala” attraksionu Çin zonasındadır. Attraksion bir neçə rekorda imza atıb. Avropanın ən hündür təpəcikləri (76 metr), ən uzun enişə (78 metr) malik Amerika təpəcikləri və Avropada ən sürətli (134 km/saat) eniş bu attraksiondadır. Beləliklə, ekstremal əyləncələr dünyasına xoş gəlmişsiniz!

Nə etmək, Kataloniyada olduğumuz altı gün bir yuxu kimi keçdi və parlaq xatirələrə qovuşdu. Barselona bizi bənzərsiz memarlığı və coşqun bayramları ilə heyrətləndirdi, La Pineda bizə su əyləncələrinə baş vurmağa imkan yaratdı, Kambrils bizi Kataloniyanın ən dadlı yeməklərinə qonaq etdi, Tarraqona isə kastelyerlər sənətinin necə mürəkkəb və şərəfli olduğunu nümayiş etdirdi.

Qədəm qoyduğumuz hər yerdə isə kataloniyalılar bizi səmimiyyət və qonaqpərvərliklə qəbul etdilər. Təkcə buna görə bura yenidən qayıtmağına dəyər!

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto müəllifindir

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır