Keçmiş məcburi köçkün: Xatirələrimə - uşaqlığıma doğru gedirəm
Bakı, 18 mart, AZƏRTAC
Doğma el-obamıza qayıtdığıma görə çox sevinirəm. Oradan çıxanda uşaq idim, indi övladlarımla birgə qayıdıram.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Füzulidən olan keçmiş məcburi köçkün Raquf Cənnətəliyev söyləyib.
"Düzdür, hər yer Vətənin bir parçasıdır. Ancaq xatirələr insanı özünə çəkir. Xatirələrimə - uşaqlığıma doğru gedirəm", - deyə o qeyd edib.
Füzuli sakini bu günü onlara yaşadanlara minnətdarlığını bildirib: “Allah ümidlərimizi doğruldan Prezident İlham Əliyevə uzun ömür, qazilərimizə cansağlığı versin. Şəhidlərimizin ruhu şad olsun!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]