Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin apreldə keçirəcəyi vətəndaşlarla görüşünün qrafiki təsdiqlənib
Bakı, 2 aprel, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaşlarla görüşlər keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı vətəndaşların nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaşlarla görüşlər qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.
Görüşdə iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Bu zaman vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2025-ci ilin aprel ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafik təqdim olunur:

