Kəngərli rayonunda keçirilən humanitar tibbi aksiyada 259 sakin iştirak edib
Kəngərli, 15 iyun, AZƏRTAC
Milli Qurtuluş Gününə həsr olunan növbəti tibbi aksiya Kəngərli Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkilatçılığı ilə baş tutan aksiyada 36 nəfərdən ibarət tibbi heyət tərəfindən 259 sakin mindən çox tibbi prosedura cəlb olunub.
Gün ərzində laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib. Müayinələrin aparılmasında stomatoloq, rentgenoloq, kardioloq, endokrinoloq, oftalmoloq, nevropatoloq, fizioterapiya, USM aparatı, laborant və digər ixtisas həkimləri iştirak ediblər.
Aksiya zamanı qazi Elvin Əlizadənin 2 övladı sünnət edilib. Ümumilikdə isə 35 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb.