Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilib

Naxçıvan, 8 aprel, AZƏRTAC

“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilib. İrriqasiya sistemlərinin normal istismarının təşkil edilməsi və torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində ardıcıl tədbirlər görülür. Kəngərli rayonunda müasir suvarma şəbəkələrinin qurulması da bu sahədə görülən işlərin davamıdır.

Aprelin 8-də Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsi inkişaf etdirilir, müasir suvarma şəbəkələrinin qurulması diqqət mərkəzində saxlanılır. Ötən dövr ərzində bu istiqamətdə bir sıra layihələr həyata keçirilib, subartezian quyuları qazılıb, nasos stansiyaları tikilib, su anbarları və hidrotexniki qurğular əsaslı təmir olunub. Torpaq sahələrinin dayanıqlı suvarma suyu ilə təminatına hərtərəfli şərait yaradan bu işlər “Kənd təsərrüfatı ili”ndə də davam etdirilir. Yaradılan şərait mövcud hidroresuslardan səmərəli istifadə edilməsinə və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsi də bu sahədə görülən işlərin tərkib hissəsidir. Layihəyə uyğun olaraq yeni nasos stansiyası tikilib və ərazidə müasir suvarma sistemləri qurulub. Əsgər Əsgərov meliorasiya və su təsərrüfatı sisteminin inkişafına göstərilən qayğıya görə muxtar respublika melioratorları adından minnətdarlıq edib.

Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Quliyev minnətdarlıq edərək deyib ki, uzun müddətdir əkilməyən torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki Kəngərli rayonunun Böyükdüz, Təzəkənd, Yeni Kərki və Xıncab kəndlərində torpaqlar dəmyə üsulu ilə əkildiyindən məhsuldarlıq yüksək olmurdu. Yeni nasos stansiyasının istifadəyə verilməsi taxıl əkini sahələrinin genişlənməsinə və bol məhsul istehsalına zəmin yaradıb. Bu da sakinlərin güzəranının daha da yaxşılaşmasına imkan verəcək, onların torpağa bağlılığını artıracaqdır. Dövlətin dəstəyini daim üzərlərində hiss edən insanlar daha böyük əzmlə çalışacaq, muxtar respublikada ərzaq bolluğunun yaradılmasına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni nasos stansiyasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 12 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmişdir. Hazırda ölkəmizdə, eləcə də muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Meliorasiya və su təsərrüfatı sistemləri olmadan, torpaqların su təminatını ödəmədən isə kənd təsərrüfatının inkişafını təmin etmək mümkün deyil. Ona görə də “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada bu cür rentabelli suvarma şəbəkəsinin və nasos stansiyasının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Nasos stansiyasının əhatə etdiyi torpaq sahələrini heç vaxt suvarmaq mümkün olmayıb. Bu gün isə nasos stansiyasının istifadəyə verilməsi ilə ərazi suvarma suyu ilə tam təmin olunmuşdur.

Ali Məclisin Sədri deyib: Kəngərli rayonu ərazisində yeni suvarma şəbəkəsinin və nasos stansiyasının qurulması layihəsini reallaşdırmaq Uzunoba Su Anbarını daimi su ilə qidalandırmaq imkanı yarandıqdan sonra mümkün olmuşdur. Belə ki, Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi ilə Uzunoba Su Anbarının su təminatı xeyli yaxşılaşdırıldı. Bundan sonra yeni suvarma şəbəkəsinin və nasos stansiyasının qurulması istiqamətdə ardıcıl tədbirlər görüldü, layihə hazırlandı və tikinti işlərinə başlanıldı. Artıq Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatmış, Uzunoba Su Anbarı təmir olunmuş, yeni su xətləri çəkilmiş, nasos stansiyası tikilmişdir. Layihənin ikinci mərhələsində isə Kəngərli rayonunun Xok kəndinə qədər olan ərazilərin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub.

Qeyd olunub ki, torpaq sahələrinin quruluşuna uyğun olaraq nasos stansiyaları birpilləli və ikipilləli tikilir. İkipilləli nasos stansiyalarında isə elektrik enerjisindən artıq istifadə olunur. Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, yeni nasos stansiyası ikipilləli olmasına baxmayaraq 3300 hektar torpaq sahəsi yalnız öz axımı, 2500 hektar ərazi isə nasos stansiyası vasitəsilə suvarılacaqdır. Həmçinin nasos stansiyasının istifadəyə verilməsi ilə yeni iş yerləri açılmışdır. Ona görə də bu nasos stansiyası hazırda muxtar respublikadakı nasos stansiyaları içərisində ən rentabellisidir. Yaradılan şərait əkin dövriyyəsinə daxil edilən yeni torpaq sahələrində taxıl və tərəvəz bitkiləri əkinlərinin aparılmasına, bol məhsul istehsalına, bir sözlə muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir.

Ali Məclisin Sədri deyib: Kəngərli rayonunda 5800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsinin böyük iqtisadi əhəmiyyəti vardır. Çünki muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məsələsi hələ Sovetlər Birliyi dövründən problem olaraq qalırdı. Suvarma sistemlərinin və hidrotexniki qurğuların tələb olunan səviyyədə olmaması bu işin həyata keçirilməsində çətinliklər yaradırdı. Lakin son illər ölkəmizdə, eləcədə muxtar respublikada meliorasiya və su təsərrüfatı sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yeni hidrotexniki qurğuların tikilməsi, rentabelli suvarma şəbəkələrinin qurulması torpaqların əkin dövriyyəsinə qatılmasına və məhsul istehsalının artmasına səbəb olmuşdur. Bu iş bu gün də davam etdirilir. Ölkə Prezidentinin 2014-cü il 25 dekabr tarixli “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər” haqqındakı Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasına 2 milyon manat vəsait ayrılmışdır. Ayrılan vəsait muxtar respublika ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına sərf olunacaqdır. Hazırda muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür, kənd yaşayış məntəqələrində yeni subartezian quyuları qazılır, kaptajlar tikilir, nasos stansiyaları qurularaq istifadəyə verilir.

Ali Məclisin Sədri sakinlərin öz pay torpaqlarından, aid qurumların isə dövlət mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edəcəklərinə əminliyini bildirib, bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri Kəngərli rayonunda suvarma şəbəkəsinin və nasos stansiyasının qurulmasında fərqlənən işçiləri qiymətli hədiyyələrlə mükafatlandırıb, yeni suvarma şəbəkəsinin baş planına baxıb, nasos stansiyasını işə salıb.

Məlumat verilib ki, əkin dövriyyəsinə qatılan torpaq sahələrinin suvarılmasında qidalandırıcı mənbə kimi Uzunoba Su Anbarından istifadə ediləcəkdir. Bu məqsədlə ötən il anbarda əsaslı təmir işləri aparılıb, su tutumu 8 milyon kubmetrə çatdırılıb. Anbardan suyun öz axımı ilə Kəngərli rayonunun ərazisinə verilməsi üçün hər birinin uzunluğu 16,2 kilometr, su sərfi isə saniyədə 900 litr olan 720 millimetrlik qoşa boru xətti çəkilib. Bundan başqa ərazidə müxtəlif diametrli paylayıcı boru xətləri çəkilib, suburaxıcılar qoyulub.

Nasos stansiyasında biri ehtiyatda olmaqla 3 aqreqat quraşdırılıb, 1500 kubmetrlik suqəbuledici hovuz tikilib. Almaniya istehsalı olan bu aqreqatların hər birinin su sərfi saatda 1200 kubmetrdir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün 3 min kilovat gücündə transformator quraşdırılıb. Stansiya binasındakı elektron idarəetmə sistemi vasitəsilə aqreqatların avtomatik işə salınması və işləmə rejiminə nəzarət etmək mümkündür. Su nasos stansiyasından Təzəkənd ərazisində tikilmiş 250 kubmetrlik supaylayıcı hovuza vurulur və buradan şəbəkəyə ötürülür. Bunun üçün nasos stansiyasından supaylayıcı hovuza qədər 8,7 kilometr məsafədə təzyiqli boru xətti çəkilib.

Ali Məclisin Sədri Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılması barədə tapşırıqlar verib.

Muxtar respublikada taxıl əkini

sahələri genişləndirilir

Naxçıvan Muxtar Respublikasında strateji ərzaq məhsulu taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Hər il əkin sahələrinin su təchizatı yaxşılaşdırılır, torpaq mülkiyyətçiləri güzəştli şərtlərlə texnika, yanacaq və mineral gübrələrlə təmin olunurlar. Bu da öz bəhrəsini verir, sahələrdən bol məhsul yığılır.

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının yeni taxıl əkini sahələrinə baxıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat verib ki, bu sahələr ilk dəfədir əkilir və yeni istifadəyə verilən suvarma şəbəkəsi vasitəsilə suvarılacaqdır. Əkin işlərinin vaxtında aparılması və taxılın aqrotexniki qaydalara uyğun becərilməsi bol məhsul istehsalında vacib şərtdir. Əkin zamanı bu tədbirlərə əməl olunub, 414 hektarlıq ərazidə muxtar respublikanın iqlim şəraitinə uyğun məhsuldar “Quality” və "Qobustan" toxum sortu əkilib. Payızda hər hektar taxıl sahəsinə 100 kiloqram fosfor, yazda isə 200 kiloqram azot gübrəsi verilib. Bunun nəticəsidir ki, zəmilər düzgün vegetasiya dövrü keçib və taxıl normal inkişaf edib.

Ərazidə əkin şırım üsulu ilə aparılıb. Bu da taxılçılıqda mühüm amildir. Çünki bu üsulun tətbiqi suvarmanın səmərəliliyi və bol məhsul yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, torpaqların şoranlaşmasının qarşısını alır.

Ali Məclisin Sədri taxıl əkini sahələrinə aqrotexniki qulluq göstərilməsinin və muxtar respublikada yaz əkinlərinin vaxtında başa çatdırılmasının vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb