Azərbaycan Dövlət İnformasiya Agentliyi

KİNOMUZDA YENİ AD

Qəribədir, başqalarının məziyyətlərini göylərə qaldırmaqda, özgəsini dəstəkləməkdə xəsislik etməyən adamlar çox vaxt öz zənginliklərini görmür və ya görmək istəmirlər. Yaradıcılıq sahəsində belə hallar, təəssüf ki, daha çox müşahidə olunur.

Bu fikirlər Bakıda keçirilmiş “Şərq-Qərb” Beynəlxalq Kino Festivalı çərçivəsində gənc, lakin artıq dünyada tanınmış moskvalı soydaşımız Lalə Axundovanın “Dost” qısametrajlı filminə baxışdan sonra ağlıma gəldi. Əfsuslar olsun ki, onun adı azərbaycanlı kinosevərlərin çoxuna hələ də tanış deyil. Bu fakt həm təəssüf, həm də təəccüb doğurur: axı, elə 2006-cı ildə ekranlara çixan “Dost” filmi həyata fəlsəfi baxışa görə festival iştirakçılarının çox böyük marağına səbəb olmuş, dərin düşüncələrə əsas vermişdir. Titrlərdən göründüyü kimi, həmin film Azərbaycanın Lider-TV Media-holdinqinin texniki dəstəyi ilə çəkilmişdir. Lakin başa düşülməsi çətin olan səbəblər üzündən film indiyə qədər hətta həmin telekanalda da nümayiş etdirilməmişdir.

Amma heyf… bizi fikrən öz köklərimizə tərəf aparan, bu barədə düşünməyə sövq edən kino sənəti nümunələri o qədər də çox deyil. Tanınmış kino ssenariçisi və rejissor Ramiz Fətəliyevin filmin təqdimat mərasimində qeyd etdiyi kimi, Lalə Axundovanın “Dost” filmi məhz bu qəbildəndir. Filmdə cavan bir oğlanın “Dost” ləqəbli atla dostluğundan bəhs edilir. 26 dəqiqəlik film Ceyms Fillisin “Atı minilməyə öyrətməyin və at sürməyin əsasları” adlı kitabından fraqmentlərlə müşayiət olunur. Bütün dünya at həvəskarlarının yaxşı tanıdığı Fillis deyirdi: “At - onu minilməyə öyrədənin övladıdır”. Filmin ssenari müəllifi və rejissoru Lalə Axundova bu həqiqəti tamaşaçılara inandırıcı şəkildə təqdim etməyə nail olmuşdur. Sahibi müəyyən səbəblər üzündən at tövləsini tərk etməli olduqda belə sədaqətli dostu sayılan at onun arxasınca getmir, yəni azadlığı seçmir. Ceyms Fillisin sözlərinə görə, "hər bir at tövləyə alışır və həmişə həvəslə oraya qayıdır". Müəllif filmin ikinci, bəlkə daha əhəmiyyətli mövzusunu - azadlıq və əsarət arasında seçim məsələsini belə həll etmişdir.

Filmin sətiraltı mənası ondan ibarətdir ki, tamaşaçı təkcə ekrandakıları görməklə kifayətlənməyib, çox şey barədə özü nəticə çıxarmalıdır. Əlbəttə, bu, gənc rejissorun ustalığının və bundan daha çox, onun yüksək zövqünün nəticəsidir. Axı, filmdə müəllifin niyyətlərini anlamağı asanlaşdıra biləcək sözlər yoxdur. Bununla bağlı qeyd etmək istərdik ki, sözsüz rolların ifaçıları - peşəkar aktyor olmayan, əvvəllər atçılıq idmanı klubunda işləmiş Nizami Orucov, eləcə də qəhrəmanlarının ruhi vəziyyətini tamaşaçılara çatdıra bilmiş Aleksandr Şarovski, Kristina Terentyeva və Yuri Baliyev rejissora çox kömək etmişlər. Trakenen cinsli “Prometey” ləqəbli at isə “Dost” rolunu əla ifa etmişdir. Onların hamısına kömək edən isə istedadlı sənətkarlar Ramiz Quliyevun və Əlixan Səmədovun ifasında “arxa planda” da olsa, filmin əvvəlindən axırına qədər səslənən Azərbaycan muğamıdır. Bu məqam filmə məxsusi kolorit və ekranda baş verənlərə ayrıca bir məna bəxş edir. Doğrudan da, hər bir millətin öz bənzərsiz xüsusiyyətlərini qoruyub saxlaması çox vacibdir. Mənim fikrimcə, azərbaycanlı gənc rejissor buna nail olmuşdur. Məhz həmin səbəbdən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyir-duası ilə Lalə Axundovanın bu filmi Moskvada keçirilmiş Beynəlxalq “Bibliobraz-2007” festivalının proqramına daxil edilmişdi.

Rəngli oyun filmi janrında çəkilmiş “Dost” Rusiyada, İtaliyada, ABŞ-da, Yunanıstanda, Koreyada, Çilidə, Afrikada keçirilmiş bir sıra beynəlxalq festivallarda nümayiş etdirilmişdir. 2007-ci ildə bu film 60-cı Kann kinofestivalının rəsmi proqramına daxil edilmişdi. “Dost” filmi rejissor işinə görə ABŞ-da iki dəfə diploma layiq görülmüş, Los-Ancelesdə keçirilən kinofestivalda Nizami Orucov kişi rolunun ən yaxşı ifasına görə mükafat almışdı. San-Fransiskoda “Dost” ən yaxşı qısametrajlı film kimi qeyd edilmiş, Tailandda “Eksperimental kino” kateqoriyasında mükafata layiq yerlərdən birini tutmuş, Kanadada isə ən yaxşı ssenariyə görə priz almışdır.

Haqlı olaraq deyirlər ki, kino mədəniyyətin bir hissəsidir. Kinonu yaradanlara hər vasitə ilə kömək etmək lazımdır. “Günay” atçılıq idmanı klubunun prezidenti Mahmud Məmmədov da “Dost” filminin yaradıcı kollektivinə bu işdə kömək etmişdir. Buna görə ona təşəkkürümüzü bildiririk.

İnsanın qəlbini riqqətə gətirən “Dost” sözü ilə adlandırılmış film belə güman etməyə əsas verir ki, Azərbaycan kinosunda yeni ad yaranmışdır!

…Lalə Axundova Bakı Dövlət Universitetini və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasını bitirmiş, 25 yaşında siyasi elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu yolda onu yeni uğurlar gözləyirdi, lakin Lalə başqa yol - kino sənətini seçdi. O, Moskvada Ali ssenari və rejissorluq kurslarını bitirmiş, V.Xotinenko, P.Finn, V.Fençenko kimi tanınmış kino xadimlərinin emalatxanasında təcrübə keçmişdir. Gənc rejissorun ilk iki işi 2003-cü ilə aiddir. Moskvada çəkilmiş 2 dəqiqəlik “Ailə” oyun lenti “Ən balaca stalker” prizinə layiq görülmüşdür. Elə həmin il Fransada çəkilmiş 13 dəqiqəlik “Çörək-qənnadı mağazası” adlı sənədli film də kifayət qədər uğurlu olmuşdur. Bu filmlər Lalə Axundovanın müəllimi Vladimir Xotinenkonun (şəkildə qəhrəmanımızla yanaşı) onun yaradıcılığına verdiyi yüksək qiymət üçün ciddi əsas olmuşdur: “Lalə mənim ən yaxşı, ağıllı və heç şübhəsiz, istedadlı şagirdlərimdən biridir…”.

Lalənin istedadı bəlkə də genetik xarakter daşıyır. Axı o, Azərbaycan televiziyasının qocaman rejissorlarından biri olan Ramiz Axundovun və tanınmış yazıçı-publisist, jurnalist və yeri gəlmişkən, “Dost” filminin prodüseri olan Elmira Axundovanın qızı və nəhayət, bizim yaradıcı ziyalıların gözəl nümayəndəsi, təəssüf ki, həyatdan vaxtsız getmiş Əli Qafarovun bacısı qızıdır.

Lakin Lalə Axundova yeni dövrün adamıdır. O, dünyaya yeni nəzərlə baxır, onu yeni tərzdə dərk edir.

Şübhə etmirəm ki, qarşıda onu daha böyük uğurlar gözləyir!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO