KİŞİNYOVDA NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİ UCALDILACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən müxbirimizə bildirmişlər ki, bu məsələ komitə əməkdaşlarının Moldovaya səfərləri zamanı müzakirə olunaraq öz həllini tapmışdır. Kişinyov şəhərinin meri artıq məsələ ilə əlaqədar sərəncam imzalamışdır.
Komitənin müvafiq qurumları heykəlin eskizlərini və parkın abadlaşdırılması ilə əlaqədar smeta layihəsini hazırlayırlar.
Dövlət Komitəsinin əməkdaşları səfər çərçivəsində Moldova Azərbaycanlıları Konqresinin üzvləri ilə də görüşmüş, onların bəzi problemlərini həll etmişlər. Komitənin tərtib etdiyi “Azərbaycan diasporuna dövlət qayğısı” kitabı, bazar günü məktəbi üçün dərsliklər, respublikamızın dövlət rəmzlərinin təsvirləri və digər əyani vəsaitlər Konqres üzvlərinə təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]