Kiyevdəki 37 nömrəli məktəbdə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir
Kiyev, 26 fevral (AZƏRTAC). Bu gün Kiyevdəki 37 nömrəli məktəbin Azərbaycan dili sinfində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı, Ukrayna Azərbaycanlılar Konqresinin Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu Oleq Krapivin, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin direktoru, professor Arif Quliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Səfayə Naibova və başqaları bu hüzn tədbirində Xocalının günahsız qurbanlarına görə kədərləndiklərini və ermənilərin törətdiyi qəddarlıq və qeyri-insani hərəkətlərdən hiddətləndiklərini bildirmişlər.
Həmvətənimiz şeyx Şakir (Yəhyayev) Xocalı qırğınının günahsız qurbanlarının ruhuna dualar oxumuş və rus dilində nəşr edilmiş müqəddəs Qurani-Kərimi məktəbin Azərbaycan dili sinfinə hədiyyə etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]