Kiyevə endirilən hava zərbələrində ölənlərin sayı 21-ə çatıb
Kiyev, 29 avqust, AZƏRTAC
Rusiyanın Kiyevə kütləvi hava hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.
Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiya Kiyevə kütləvi çoxkombinasiyalı hava hücum həyata keçirib. Paytaxta “Şahed” dronları, qanadlı və ballistik raketlərlə, o cümlədən "Kinjals"la hücum edilib.
Gecə saatlarında Kiyevə edilən kütləvi hücum nəticəsində paytaxtın bütün ərazilərində dağıntılar qeydə alınıb. Bu, genişmiqyaslı müharibə başlayandan bəri ilk belə haldır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]