Kolumbiya oktyabrda qlobal biomüxtəliflik sammitinə ev sahibliyi edəcək
Bakı, 29 fevral, AZƏRTAC
Kolumbiya BMT-nin Bioloji Müxtəliflik Sammitinin oktyabrın 21-dən noyabrın 1-dək keçiriləcək 16-cı konfransına ev sahibliyi edəcək.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Kolumbiyanın ətraf mühit naziri Susana Muhamad bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Assambleyasının Keniyanın paytaxtı Nayrobidə keçirilən altıncı sessiyasında deyib.
BMT-nin Bioloji Müxtəliflik Konvensiyası Katibliyinin icraçı katibi Devid Kuper nümayəndələrin biomüxtəlifliyin itirilməsi ilə mübarizə istiqamətində təcrübə mübadiləsi apararaq həll yolları tapacağına ümid etdiyini söyləyib. O bildirib ki, Bioloji Müxtəliflik Sammitinin 16-cı Konfransında fəaliyyət planının dörd məqsədi və 23 hədəfinin milli əsaslara çevrilməsi ilə bağlı müzakirələr aparılacaq.
Bioloji Müxtəliflik Sammitinin 16-cı konfransı genetik ehtiyatlar üzrə rəqəmsal ardıcıllıq məlumatlarının istifadəsindən əldə edilən faydaların ədalətli və bərabər şəkildə bölüşdürülməsi üçün çoxtərəfli mexanizmə yekun vuracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]