Konstitusiya Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər bildirmişlər ki, xalqımızın tarixində belə qanlı-qadalı anlar çox olmuşdur. Lakin XX əsrdə azərbaycanlıların başına gətirilən bu faciə heç vaxt yaddaşlardan silinməyəcəkdir. 20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutur, qəhrəman oğulları ilə fəxr edir.
Vurğulanmışdır ki, keçmiş sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi bu faciə yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini almışdır. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən hazırda davam etdirilir, şəhidlərin xatirəsi daim əziz tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]