Koronavirusa qarşı PZR-testlər nə dərəcədə etibarlıdır?
Berlin, 24 aprel, AZƏRTAC
Polimeraz zəncirvari reaksiya (PZR) üsulu ilə testləşdirilən orqanizmdə COVID-19 virusunun aşkar edilməsi üçün aparılan təkrar testlərin yalnız üçdə iki hissəsi müsbət reaksiyanı təsdiq edib, təkrar testlərin üçdəbir hissəsində isə nəticələr birinci testin nəticələrindən fərqli olub.
AZƏRTAC xəbər verir ki, martın 22-dən aprelin 11-dək Hamburq şəhərində aparılan testlərin etibarlılığının yoxlanmasının yekunları belə olub.
Almaniya Səhiyyə Nazirliyinin məlumatına görə, müsbət nəticə göstərmiş 2035 ekspres-testin yalnız 68,5 faizi ilkin yoxlamanın nəticələrini təsdiq edib. “Yalançı” pozitiv nəticələrin səviyyəsi isə 31,5 faiz olub.
İndi Almaniyanın neçə sakininin nahaq yerə evdə qalması, hətta xüsusi ehtiyac olmadığı halda damcılama sisteminə qoşulması sual doğurur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]