Kostanayda daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib
Bakı, 6 aprel, AZƏRTAC
Qazaxıstanın Rusiya ilə həmsərhəd Kostanay vilayətinin eyniadlı inzibati mərkəzinin hakimiyyət orqanları daşqınlarla əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə şəhər administrasiyasının rəhbəri Marat Jundubayev məlumat verib. O, həmçinin vəziyyətinin daha da pisləşə biləcəyi üçün yerli sakinləri yubanmadan təxliyə etməyə çağırıb.
Qeyd edək ki, aprelin əvvəlindən Qazaxıstan çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Nəticədə Qərbi Qazaxıstan vilayətində altı rayon və Uralsk şəhəri su altında qalıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi daşqınlara məruz qalan Atırau vilayətinin Kulsarı şəhərində 2,5 mindən çox binanı su basdığını bildirib. Son məlumata görə, şəhərdən 12 min insan təxliyə edilib.
Qonşu Qırğızıstan təbii fəlakətdən zərər çəkən Qazaxıstana 300 ton humanitar yardım göndərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]