Kruizlərin təşkil edilməsi və keçirilməsi mövzusunda seminar keçirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Rusiyanın “Inflot Cruise and Ferry” şirkətinin dəstəyi ilə fevralın 21-də “Park Inn” otelində kruizlərin təşkil edilməsi və keçirilməsi mövzusunda seminar keçirilmişdir. Yerli turizm şirkətlərinin nümayəndələri üçün təşkil edilən seminar turizm sənayesində kruiz istirahətinin üstünlüklərini, komfortlu olmasını və rolunu izah etmək məqsədi daşıyırdı.
AZƏRTAC xəbər verir ki, seminarda kruizlərin təşkil edilməsi konsepsiyasından, xüsusiyyətlərindən və metodlarından danışılmışdır. Tədbirdə nümayiş etdirilən slayd-şounun köməyi ilə istirahət zonalarının coğrafiyası, kruizlərin müxtəlif kateqoriyaları, turist laynerləri, qidalanma strukturu, xidmət sistemi, yaşlı insanların və uşaqların istirahətinin və asudə vaxtının təşkil edilməsinin müxtəlif növləri (restoran, idman zalı, tamaşalar, konsertlər və s.) barədə məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]