KÜR ÇAYI BOYUNCA BƏNDLƏR MÖHKƏMLƏNDİRİLİR
Salyanda Kür çayı boyunca bəndlərin möhkəmləndirilməsi üzrə Dövlət proqramının yeni mərhələsinin həyata keçirilməsinə başlanmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin rayondakı yerli strukturlarının qüvvəsi ilə şəhərə bitişik ərazidə 500 metrə qədər sahil bəndləri bərkidilmişdir. İnşaatçılar bu mərhələdə 2 min metrlik məsafədə bəndlərin davamlılığına təminat yaratmağı nəzərdə tutublar.