Kür çayı sahilindəki kənd məktəblərində ekoloji layihə uğurla icra olunur
Bakı, 26 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi “Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində Salyan rayon gənclərinin təşəbbüslərinin dəstəklənməsi” layihəsini davam etdirir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, layihənin icrasına rayonun Kür çayı sahili kəndlərinin tam orta məktəblərində dialoq-seminarların aparılması ilə başlanılmışdır. Seminarda layihəni icra edən komanda üzvləri ilə yanaşı, tanınmış ekoloqlar, ziyalılar, pedaqoqlar da iştirak etmişlər.
Aşağı Kürkənd, Kürqaraqaşlı kənd tam orta məktəblərində keçirilən dialoq-seminarlarda gənc təbiətsevərlərin sualları cavablandırılmış, kənd ictimaiyyətinin nümayəndələrinə müxtəlif ekoloji broşürlər paylanılmışdır.
Layihənin icra planına uyğun olaraq ekoloji oyunların təşkil edilməsi, “Ekoloji xor” kollektivinin yaradılması, poeziya-qiraət klublarının formalaşması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]