Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur
Bakı, 20 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-230, Kiçik Qafqazın çaylarında 120-190, Lənkəran-Astara bölgəsi çaylarında 45-65, Naxçıvan Muxtar Respublikası çaylarında isə 60-65 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 644 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 237 kubmetrdir.
Aprelin 14-dən 20-dək Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 57, Şirvanda 77, Salyanda 70, Bankədə 24, Araz çayının Novruzlu məntəqəsində isə 22 santimetr artmışdır. Buna baxmayaraq həmin məntəqələrdə sabit sululuq müşahidə olunur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 569, Şirvanda 474, Salyanda 393, Bankədə 288, Araz çayının Novruzlu məntəqəsində isə 246 santimetr olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]