Kür çayının aşağı axınında suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır
Bakı, 8 avqust (AZƏRTAC). Avqustun 8-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 110 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda bildirilir ki, avqustun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 49 kubmetr olmaqla ongünlük normanın 37 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində və Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmayıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 294, Salyanda 66, Bankədə 193, Araz çayının Novruzlu məntəqəsində isə 20 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]