Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-120, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 82 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 13 kubmetr təşkil edib.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən artın müşahidə olunub.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 335, Şirvanda 183, Salyanda 119, Bankədə 165, Novruzlu məntəqəsində isə 65 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]