Kür çayının Qıraqkəsəmən məntəqəsində hidroloji ölçmə işləri aparılmışdır
Bakı, 18 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Kür çayının Qıraqkəsəmən məntəqəsində gursululuq dövrü ilə əlaqədar hidroloji ölçmə işləri aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bunun üçün məntəqədə quraşdırılmış tamasaların hündürlükləri bir daha yoxlanılmış, su sərfini təyin etmək üçün çayın eni, dərinlikləri və sürəti ölçülmüşdür.
Nəticələrə əsasən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 426 santimetr, sərfi isə saniyədə 812 kubmetr (ongünlük normanın 109 faizi) olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]