Lerik rayonunda süni gölün daşması nəticəsində fərdi yaşayış evlərinə ziyan dəymişdir
Lerik, 25 aprel (AZƏRTAC). Aprelin 24-də gecə saatlarında Lerik rayonunun Rvarud və Çayrud kəndlərinin arasında həyətyanı sahələri suvarmaq məqsədi ilə inşa edilmiş süni gölün daşması nəticəsində fərdi yaşayış evlərinə ziyan dəymişdir.
AZƏRTAC xəbər verir ki, eni 35 metr, uzunluğu 40 metr, dərinliyi 3 metr olan süni sututarın bəndinin dağılması nəticəsində rayonun Çayrud kəndində iki fərdi yaşayış evi yararsız vəziyyətə düşmüş, 3 evə və həyətyanı sahələrə ciddi ziyan dəymişdir.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və rayon fövqəladə hallar komissiyasının əməkdaşları təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə zəruri tədbirlər həyata keçirirlər.
Qəzalı vəziyyətdə olan evlərin sakinləri müvəqqəti olaraq qohumlarının evlərində yerləşdirilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]