Lionel Messi ESPN versiyası üzrə 2023-cü ilin ən yaxşı futbolçusu elan edilib
Bakı, 13 iyul, AZƏRTAC
ESPN nəşri özünün rəsmi saytında illik ESPYS mükafatının laureatlarının adlarını açıqlayıb. 2023-cü ilin ən yaxşı futbolçusu mükafatına “İnter Mayami” komandasının hücumçusu Lionel Messi layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Messi, həmçinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı oyunlarda göstərdiyi yüksək nəticəyə görə turnirin ən yaxşı futbolçusu elan edilib, onun təmsil etdiyi Argentina milli yığması isə mundialın qalibi olub.
Otuz altı yaşlı Messi bu il yayın əvvəlində “İnter Mayami” klubuna keçdiyini bildirib. Argentinalı futbolçu ötən mövsümdə Fransanın “PSJ” klubunu təmsil edib və sərbəst agent hüquqlarında onu tərk edib.
Messi ötən mövsümdə “PSJ” klubunda 41 matça çıxıb, 21 qola imza atıb və qolla nəticələnən 20 ötürmə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]