Lionel Messi PSJ klubunu tərk etməyə yaxındır
Bakı, 4 aprel, AZƏRTAC
Lionel Messi cari mövsümün sonunda PSJ klubunu tərk edə bilər.
AZƏRTAC “L'Équipe” nəşrinə istinadla xəbər verir ki, argentinalı hücumçu Paris klubunun heyətində yalnız məvacibinin azaldılmasına razılaşacağı halda qala bilər.
Messinin atası və PSJ-nin prezidenti Nasser Al-Xelaifi müqavilənin uzadılması şərtlərini razılaşdırmağa çalışsalar da, ortaq məxrəcə gələ bilmirlər.
Mənbənin məlumatına görə, Messi “Barselona”ya qayıtmaqda maraqlıdır. Lakin Kataloniya klubu hələ argentinalı hücumçu ilə bağlı PSJ-yə rəsmi təklif göndərməyib.
Messi bu mövsüm PSJ-nin heyətində Fransa çempionatında 24 oyuna çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]