Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lissabon – yeddi təpə üstündə yerləşən şəhərin möcüzələri

Bakı, 31 avqust, Emil Eyyubov, AZƏRTAC

Riqadan Lissabona biz "airBaltic" aviaşirkətinin gündüz reysi ilə gəldik. Portuqaliyaya uçuş bu şirkətin 2018-ci ilin yayında həyata keçirdiyi yeniliklərdən biridir. Portuqaliyanın paytaxtı əvvəlcə bizdə hər hansı təəssürat doğurmadı: aeroportdan mehmanxanaya gedən yolda taksinin pəncərələrindən arabir sovet dövrünün doqquzmərtəbəli binalarını xatırladan tikililər gözə dəyirdi. Lakin şəhərin mərkəzinə getməyimizə dəyərdi, çünki Lissabon öz geniş meydanlarının dəbdəbəsi, əzəmətli tağları, keçmiş dəniz imperiyasının qüdrətini əks etdirən abidələri ilə insanı valeh edir.

Keçmişdə məşhur dəniz səyyahları yeni torpaqlar kəşf etmək üçün ekspedisiyaya buradan hazırlaşırdılar. Bu gün isə dünyanın hər yerindən turistlər Lissabona yeni təəssürat qazanmağa gəlirlər.

Teju, müsəlmanlar, dəniz səyyahları və zəlzələ

AZƏRTAC xəbər verir ki, Lissabona gələn qonaqlar ilk növbədə şəhərin baş meydanı olan "Ticarət" və ya "Kommersiya" meydanına (Praça do Comércio) gedirlər. Bu, Avropada ən böyük meydanlardan biridir və vaxtilə Saray meydanı adlanıb, çünki kral sarayı burada yerləşirdi. Lakin 1755-ci il zəlzələsi nəticəsində saray xarabalığa çevrilib. Lissabonun tarixi dağıdıcı zəlzələdən əvvəlki və sonrakı dövrlərə bölünür. Zəlzələdən sonra bütün şəhər yenidən quruldu ki, bu səbəbdən də Lissabonda tarixi binaların əksəriyyətinin yaşı, bir qayda olaraq, 250-dən çox deyil. Elə Ticarət meydanı da öz sütunları, pasajları, tağları və kral I Jozenin at üstündə heykəli ilə birlikdə həmin dövrdə tacirlərin tikintiyə ayırdıqları ianə hesabına tikilib ki, meydanın da adı buradan yaranıb. Digər versiyaya görə, meydan gömrük məsələlərini və limanın fəaliyyətini tənzimləyən büronun burada yerləşməsinə görə belə adlandırılıb. Meydan Teju çayının düz sahilində yerləşir və zəlzələyədək burada liman fəaliyyət göstərib. Çay o dərəcədə geniş və çoxsuludur ki, onu bəzən okeanla səhv salırlar. Teju və ya Taxo çayı Lissabon ərazisində həqiqətən Atlantik okeanına tökülür, lakin mənbəyi şəhərin mərkəzində deyil, kənarındadır. 

Şəhərin keçmişi və müasir dövrü haqqında daha çox öyrənmək üçün biz Ticarət meydanında interaktiv fəaliyyət göstərən Lissabon Tarixi Mərkəzinə (Lisboa Story Center) üz tutduq. Ən müasir texnologiyalarla təchiz edilmiş bu innovasiyalı məkan yaxşı illüstrasiyalı kitab kimi ziyarətçiləri zaman üzrə maraqlı səyahətə aparır. Girişdə isə bir neçə dildə, o cümlədən rus dilində audiobələdçi verilir. Rus dilində olan audiobələdçi siz birinci zala daxil olan kimi dərhal işə düşür. Siz displeylərdə videoçarxları izləyən və hər yerdən asılmış tarixi dekorasiyaları gözdən keçirən müddətdə qulaqcıqdakı səs Lissabonun e.ə 205-ci ildən başlanan tarixindən maraqlı şəkildə söhbət açır.

Lissabon 711-ci ildən 1147-ci ilədək müsəlmanların hakimiyyəti altında olub. Onlar burada bir çox məscid və evlər tikib, şəhər divarlarını bərpa edib, ədalətli idarəçilik sistemi yaradıblar. Belə ki, mülkiyyət hüququnda və müqavilələrin bağlanmasında xristianlar və yəhudilər müsəlmanlarla eyni hüquqa malik olublar. 1147-ci ildə səlibçilər Lissabonu tutublar və şəhər xristian həyat tərzinə qayıdıb. Lakin müsəlman təsiri müasir Alfamada (Lissabonda 1755-ci il zəlzələsini görmüş qədim kvartal) indi də özünü göstərir.

XV əsr - XVII əsrin əvvəlləri Lissabon üçün Böyük Coğrafi Kəşflər dövrü olub. Belə ki, portuqaliyalı dəniz səyyahları Vasko da Qama, Fernan Magellan, Bartolomeu Diaş və başqaları yeni torpaqlar kəşf ediblər. Onların sayəsində Lissabon Avropanın Afrika, Hindistan, Yaponiya və Braziliya ilə ticarət əlaqələrində başlıca vasitəçi olub.

Maraqlıdır ki, Lissabon Tarixi Mərkəzində Böyük Coğrafi Kəşflər dövrünə aid gəminin anbarı yenidən qurulub ki, burada ədviyyatların necə daşındığını görmək, hətta onların ətrini duymaq olar.

Şəhər infrastrukturunun 85 faizini dağıtmış və Lissabonun təxminən 40 min sakininin ölümünə səbəb olmuş 1755-ci il zəlzələsi Portuqaliyanı imperiya dövrü memarlığının dəbdəbəsi ilə vidalaşmağa məcbur edib. Lakin zəlzələdən sonra tikilmiş şəhər mərkəzi özünün düzbucaqlı planı və böyük meydanları ilə ilk müasir tipli şəhər planlaşdırılması nümunələrindən biri olub.

28 nömrəli tramvay, qəribə lift və osminoq salatı

Bir çox turistlər Lissabonla tanışlığa Ticarət meydanından başlayır. Onun yaxınlığında bir çox görməli yerlər var, digərlərinə isə ictimai nəqliyyat, o cümlədən metro ilə getmək olar. Lissabon metrosu rahat və intuitiv dərəcədə aydındır. Onun üç şaxəsi rənglərlə ayrılıb, stansiyaların adı isə çox vaxt yaxınlıqdakı məşhur yerlərin adından götürülüb.

Lissabonda nəqliyyatın digər populyar növü həm tarixi, həm də müasir olan tramvaydır. Bütün bələdçilər turistlərə qədimi sarı tramvaylarda gəzməyi məsləhət görürlər. Onlardan əsası 28 nömrəli tramvaydır. Qonaqların izdihamı səbəbindən yerli əhali bu tramvaya minmir. Tramvayın populyarlığı onun şəhərin Müqəddəs Georgi qəsri, Kommersiya meydanı, Portuqaliya Parlamentinin binası, Şiuadu meydanı və digər diqqətəlayiq yerlərdən keçməsidir. Əlbəttə ki, bu yerlərə başqa nəqliyyat növündə gəlmək daha asandır, lakin hamı mütləq sarı tramvayda getmək istəyir. Fırıldaqçılar isə bu vəziyyətdən istifadə edirlər. Tramvayların salonlarında cibgirlərdən ehtiyatlı olmaq barədə xəbərdarlıq da yazılıb.

Kommersiya meydanındakı Zəfər tağından şəhərin ən canlı küçəsi Auquşta başlanır. Burada çoxlu mağaza, kafe və restoran yerləşir. Lissabon təpələr (bəziləri onun yeddi olduğunu iddia edir) üzərində salındığı üçün Auquşta və ona paralel küçələr bir qədər mailidir - onunla üzüyuxarı qalxmaq Kommersiya meydanına düşməkdən bir qədər çətindir.

Hətta problemin həlli üçün burada Santa-Juşta (Elevador de Santa Justa) çuqun lifti quraşdırılıb. Bu, Auquşta yaxınlığındakı kiçik küçələrdən birində yerləşir. 1902-ci ildən fəaliyyət göstərən qaldırıcı mexanizm aşağıdakı Rua-du-Oru küçəsini yuxarıda yerləşən Larqu-du-Karmu meydanı ilə birləşdirir və beləliklə, piyadaların böyük yamacı qət etməsinə kömək edir. Hazırda turistlər liftdən çox istifadə edirlər. Onlar liftlə azı 45 metr hündürlüyə qalxmaqdan ötrü uzun növbəyə durmağa və 5 avro ödəməyə hazırdırlar. Halbuki Karmu meydanına qədər gəzə-gəzə getməklə liftin yuxarı dayanacağına pulsuz minmək mümkündür.

Ticarət meydanını tərk etməzdən əvvəl biz yerli mətbəxlə tanış olmaq məqsədilə burada yerləşən restoranlardan birinə baş çəkməyi qərara aldıq. Bizim getdiyimiz "Casa Lisboa" restoranı yenidir. Onun terrası düz meydanda yerləşir. Buradan Teju çayına qeyri-adi dərəcədə gözəl mənzərə açılır.

Hər tərəfdən su ilə əhatə edilən Lissabon dəniz məhsulları və balıqla şöhrət tapıb. Buna görə də biz çox da fikirləşmədən menyudan müvafiq yeməyi seçdik. İçkilərdən bizə spirtsiz Pina kolada, habelə ananas, hil, zəncəfil və keşnişdən hazırlanmış dadlı kokteyl verildi.

Əsas yeməyi gözləyərkən biz "göy noxudlu, qızardılmış kartoflu xırtıldayan osminq salatı" sifariş etdik və ilk dəfə olaraq osminq əti yedik. Bu ət asan çeynənilir, olduqca dadlıdır. Əlbəttə ki, bu işdə aşpazların əməyi də az deyil. Əgər açıq mətbəx verandada deyil, əsas zalda yerləşibsə, onların işini müşahidə etmək olar.

Nəhayət, bizə isti yeməyi - qarnirlə birlikdə treska və krevetkalı sous gətirdilər. Yeməklərin dadını təsvir etməklə sizi yormayacağıq, onlar həqiqətən əla hazırlanıb və doyumludur. Lissabonda girdiyimiz ilk restoran bizdə xoş təəssürat yaratdı və bizdə Portuqaliya mətbəxi ilə daha dərindən tanış olmaq marağı oyatdı.

Təpə üstündə qəsr, azulej və treskadan yaranan çaşqınlıq

Növbəti gün biz Lissabona quş uçuşu məsafəsindən baxmağı qərara aldıq və bunun üçün ən yaxşı yerə - Müqəddəs Georgi qəsrinə (Castelo de São Jorge) getdik. Qəsr şəhərin mərkəzində hündür təpədə yerləşir. Həmin təpədən Lissabonun, demək olar, hər yeri görünür. Eləcə də qəsrdən ətrafa gözəl mənzərə açılır. Giriş 8,5 avrodur.

Qədim vaxtlardan bu yüksək təpədə müsəlmanlar tərəfindən başa çatdırılan və möhkəmləndirilən istehkam olub - burada Mavritaniya əmrinin iqamətgahı yerləşirmiş. Səlibçilərin gəlişindən sonra qəsr kral iqamətgahına çevrilib. Hazırda burada muzey fəaliyyət göstərir. Muzeydəki məişət əşyalarının, silahların, sikkələrin və digər eksponatların əksəriyyəti orta əsrlərə aiddir. Lakin turistləri buraya cəlb edən başlıca cəhət yuxarıdan şəhərə və Teju çayına açılan gözəl mənzərədir. Hər kəs burada günəş qüruba enəndə və çayı qızılı rəngə boyayanda qəşəng fotolar çəkməyə can atır.

Ziyarətçilər pilləkənlərlə qəsrin on bir qülləsinə qalxa bilər. Onlardan bəzilərində Portuqaliyanın bayrağı dalğalanır. Qəsrin ətrafındakı yaşıllıqda tovuzquşular gəzir.

Əsrarəngiz mənzərədən zövq aldıqdan sonra biz qəsri tərk edir və dərhal Lissabonun qədim rayonu Alfamaya yetişirik. Bu, 1775-ci il zəlzələsinə tab gətirmiş bir neçə ərazidən biridir. Onun hündür olmayan tikililərinin memarlığında və dar döşənmiş küçələrində mavrların şəhərin tarixinə təsiri özünü göstərir. Ərazinin memarlığında müsəlmanlardan əxz edilən və aşkar şəkildə görünən xüsusiyyətlərdən biri kaşı pilətələrdir. Həm Alfamada, həm də Lissabonun hər yerində, demək olar, bütün tarixi tikililərin fasadı onunla örtülüb. Burada azuleju adlandırılan kaşı pilətələr Lissabonun rəmzlərdən birinə çevrilib. Pilətə ornamentlərin müxtəlifliyi ilə fərqlənir, onun rəng palitrası isə ağ və mavidən göyədək dəyişə bilər, yaşıl və qırmızı ola bilər. Lissabonda hətta Azuleju muzeyi fəaliyyət göstərir ki, burada ənənəvi kaşı sənətinin ilkin mərhələdən tutmuş indiyədək inkişafı əyani şəkildə təqdim edilir.

Azuleju formasında maqnitləri Lissabonun hər yerində istənilən suvenir mağazasında almaq mümkündür. Suvenirlər üçün digər populyar mövzular sarı tramvayların təsvirləri, xoruz və siyənək balığı fiqurlarıdır. Bu balıqlardan Lissabonun sahil hissəsində çoxdur və portuqalların çox sevdiyi ərzaq məhsuludur. Elə buradaca yerli bələdiyyənin dəstəyi ilə "Siyənək balığı müsabiqəsi" keçirilir ki, müxtəlif ölkələrdən arzu edən hər kəs bu tədbirə qatıla bilər.

Portuqaliyada treska balığı çox sevilir. Paradoksal hal ondadır ki, bu balıqdan yerli sularda yoxdur və onu Norveçdən idxal edirlər. Onu Portuqaliyaya qurudulmuş halda gətirirlər: böyük duzlanmış balıq supermarketlərin çoxunda satılır. Portuqallar deyirlər ki, onlar treskadan 365 növ yemək hazırlamaq mümkündür. Ona gərə də burada təkcə treska yeməkləri bişirən restoranların olması təəccüblü deyil. Biz bunlardan "D'Bacalhau" restoranına getdik. Bu, Teju çayının sahilində Ekspo zonasında mənzərəli Millətlər parkında yerləşir. "Bacalhau" sözü portuqalca treska deməkdir. Qurudulmuş balıq xüsusi sexlərdə isladılır, "təravətləndirildikdən" sonra restoranların mətbəxinə göndərilir. Burada ondan "Bacalhau à Minhota" (qızardılmış treska yanında qızartma kartof və soğança ilə birlikdə), "Bacalhau com natas" (qaymaqlı treska), "arroz de Bacalhau" (treska və düyü), kartofdan hazırlanmış xəmirdə treska, yumurtalı, tərəvəzli qarnirlə süfrəyə verilən treska... Restoranın menyusunda treskadan hazırlanan onlarca yemək var. Biz uduzmamaq üçün bir neçə populyar yemək sifariş verdik.

Nə deyək, ya biz treskanın dadına adət etməmişik, ya da bu qurudulmuş balığın sonradan nəmləndirilərək bişirilməsi ona spesifik tam verir. Az-çox qəbul edilən yemək treskadan hazırlanan "Pataniscas de bacalhau" oldu. "D'Bacalhau" restoranı bu yeməyi bişirməkdə liderdir. Həmçinin kartoflu xəmirdə treska əti bizə maraqlı gəldi. Lakin balığın ətini qarnirlə yeyə bilmədik. Hər şeydən əvvəl, bu yeməklərin dadına adət etmək lazımdır. Əgər sizin qurudulmuş balıqdan xoşunuz gəlirsə, onda bu yeməyi ləzzətlə dadacaqsınız. Bütün yeməklər restoranda yüksək səviyyədə hazırlanır. "D'Bacalhau" restoranına futbolçulardan tutmuş prezidentədək məşhur adamlar tez-tez gəlir. Terrası olan böyük ikimərtəbəli restoranda boş yer yox idi, əyləşənlər əvvəlcədən yer sifariş edənlər idi, qalanları isə girişdə dayanaraq yerlərin boşalmasını gözləyirdilər.

Fotolar Fərhad Həşimovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO