Litva Seymində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Litva Seyminin “Konstitusiya” zalında “Xocalıya ədalət” kampaniyası çərçivəsində deputat Mantas Adomenasın rəhbərliyi və “Xocalıya ədalət” kampaniyasının Litva üzrə əlaqələndiricisi İeva Lukoseviciutenin təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı konfrans keçirilmişdir.
Konfransda Azərbaycanın Litvadakı səfiri Naira Şaxtaxtinskaya, Gürcüstanın Litvadakı səfiri George Kerdikoşvili, Litva Gənclər Şurasının nümayəndəsi Paulius Miezelis, deputatlar Andrius Burba, Petras Luomanas, Gediminas Aleksenas, Benas Petraitis, Siyasi Elmlər üzrə Akademiklər Birliyinin idarə heyətinin sədri Gintautas Reklis, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun direktoru Eqdunas Racius, Litvanın mədəniyyət nazirinin müşaviri İmantas Melianas və başqaları Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamı pisləmiş və cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulamışlar.
Sonda konfrans iştirakçıları Xocalı qurbanlarının xatirəsinə ehtiram olaraq Neris çayına əklil buraxmışlar.
Tədbirdə litvalı deputatlar, Azərbaycan-Litva Cəmiyyətinin sədri Məzahir Həmzəyev və Litvada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]

