Los-Ancelesdə yapon plakatlarının sərgisi açılıb
Bakı, 2 fevral, AZƏRTAC
“George J. Doizaki Gallery”də Yaponiya-Amerika Mədəniyyət Mərkəzi tərəfindən “100 ən yaxşı yapon plakatı (1945-1989)” sərgisi təqdim olunub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, fevralın 18-dək davam edəcək sərginin ekspozisiyası müharibədən sonrakı dövrün 100 ən parlaq yapon plakatını ehtiva edir. Onlar 1945-1989-cu illərdəki bədii dövrü aydın şəkildə nümayiş etdirməyə imkan verir. Sərgi çərçivəsində tamaşaçılara müharibədən sonrakı yapon plakat sənətinin əsas tarixi hadisələrinin hərtərəfli icmalı təqdim edilir.
Sərgidə nümayiş olunan 100 plakat təkcə bədii məziyyətləri nöqteyi-nəzərindən deyil, həm də medianın öz tarixində oynadığı mühüm rolunun etiraf edilməsi baxımından seçilib.
Sərginin iştirakçıları arasında Yosio Xayakava, Kendzi İto, Yusaku Kamekura, Takasi Kono, Motoi Siqenari, Koxey Suqiura, İkko Tanaka, Rüiti Yamasiro kimi rəssamlar var.
Sərgi Los-Anceles şəhəri Mədəniyyət Departamentinin (DCA) dəstəyi ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]