“Lufthansa” hər həftə 100 daxili aviareysi ləğv etmək istəyir
Berlin, 18 oktyabr, AZƏRTAC
“Lufthansa” aviaşirkəti Almaniyada uçuşların getdikcə bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar aviareysləri azaltmağı planlaşdırır.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin rəhbəri Karsten Şpor yerli mediaya açıqlamasında xərclərin 2019-cu ildən etibarən iki dəfə artması ilə əlaqədar gələn yay həftədə təxminən 100 daxili uçuşun ləğv olunacağını bildirib. O, yerli xərclərin azaldılmayacağı təqdirdə daha çox ixtisarın qaçılmaz olacağını vurğulayıb.
Şirkətin rəhbəri Münzen–Münster/Osnabrük və ya Münzen–Drezden kimi aviareyslərin təhlükə altında olduğunu, bu istiqamətlərdə uçuşların zərərlə həyata keçirildiyini bildirib.
Xarici uçuşlarla müqayisədə daxili reyslər hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Xüsusilə işgüzar səfərlərin sayı hələ də aşağıdır. Şirkətin qiymətləndirməsinə görə, bu, bir çox hallarda şəxsi görüşlər əvəzinə videokonfranslara üstünlük verilməsi ilə əlaqədardır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]