Luiş Fiqu Könüllülər Proqramının iştirakçılarına təbrik mesajı yollayıb
Bakı, 15 may, AZƏRTAC
UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, portuqaliyalı sabiq ulduz futbolçu Luiş Fiqu bununla əlaqədar könüllülərə təbrik mesajı yollayıb.
Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan futbolçu bu möhtəşəm tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib: “Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram".
Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]