Magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqları yaşıllaşdırılır
Bakı, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Nəqliyyat Nazirliyinin tabeliyində olan yol yaşıllaşdırma məhdud məsuliyyətli cəmiyyətləri tərəfindən 8 hektar ərazidə ötən il 289 min 650 müxtəlif növ ağac və kol bitkisi yetişdirilmiş və bunun 152 mini yaz əkini zamanı, 137 min 650-si isə payız mövsümündə əkilmişdir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 906 min 41 ağac vardır və əlavə olaraq yeni tinglik sahələrinin yaradılması da planlaşdırılır.
Eyni zamanda, Bakı şəhərinin Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun təhkim zolağında ötən ilin fevralında 3 min zeytun, şam, sərv, payız əkini mövsümündə isə 10 min Şərq çinarı, palıd, ağcaqayın, göyrüş, akasiya və digər növ ağac əkilmişdir. Ərazidəki yaşıllıqların suvarılması üçün artezian quyuları qazılmış, müvafiq infrastruktur yaradılmış, suvarma xətləri çəkilmişdir.
Hazırda yaz mövsümündə yeni ağacların əkilməsi üçün lazımi işlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]