MAİL İSMAYILOV YEVLAXDAN FƏXRİ XİYABANA PİYADA GEDƏCƏKDİR
Yevlax rayonunun Salahlı kənd sakini Mail İsmayılov İlham Əliyevin Prezident seçilməsindən aldığı sevinci evlərindən Bakıya piyada getməklə ifadə etmişdi.
O AZƏRTAC-ın müxbirinə demişdir:
-Ümummilli liderimiz Heydər Əliyevin vəfatı milyonlarla həmvətənimiz kimi məni də ürəkdən sarsıtmışdır. Mən böyük rəhbərimizə öz sonsuz hörmət və məhəbbətimi bildirmək üçün kəndimizdən Fəxri xiyabana, ulu öndərimizin vəfatının qırxıncı günü məzarını ziyarət etməyə piyada gələcəyəm. Kəndimizin sakinləri də bu qərarımı bilir və məni üzərinə qara lent bağlanmış, rəhbərimizin şəkli asılmış bayrağımızla yola salmağa hazırlaşırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]