Mançester şəhərində Xocalı faciəsinin ildönümü ilə bağlı aksiya keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Mançester Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, cəmiyyətin təşkilatçılığı ilə fevralın 25-də Mançester Universitetinin azərbaycanlı tələbələri tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anma aksiyası keçirilmişdir.
Universitetin əsas binasının qarşısında keçirilən aksiyada 30-dan çox həmyerlimiz iştirak etmişdir. Qeyd edək ki, bu binanın qarşısından saatda 8 minədək tələbə keçir. Aksiyanın gedişində universitetin bütün dərs otaqlarından görünən meydanda gənclər qərənfillərlə yerə Xocalı sözünü yazmış və şəhidlərin ruhuna şam yandırmışlar. Dinc aksiya BBC telekanalının Mançesterdə yerləşən şimal qərargahının qarşısında davam etmişdir. Burada da fəal olan həmyerlilərimiz “Xocalıya ədalət!” “Azərbaycana ədalət!”, “Soyqırımına yox!” şüarlarını səsləndirmişlər. Azərbaycanlı tələbələr BBC-nin şimal qərargahının önündən şəhərin mərkəzinə yürüş etmişlər.
Aksiya nəticəsində 33 əcnəbi “Xocalıya ədalət!” bəyanatını imzalayaraq kompaniyaya dəstək vermişdir.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]




