Marneuli və Qardabanidə Novruz şənlikləri keçirilməyəcək
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Qardabani rayonlarında Novruz bayramı münasibətilə keçirilməsi nəzərdə tutulan şənliklər ləğv olunub.
AZƏRTAC xəbər verir ki, buna ölkədə koronavirusun yayılma təhlükəsi səbəb olub. Hər iki rayonun bələdiyyəsi bayram şənliklərinin keçirilməyəcəyi barədə məlumat yayıb.
Məlumatda deyilir ki, rayonlarda bu ay ərzində bütün kütləvi tədbirlər koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə keçirilməyəcək. Bununla yanaşı, Qardabani və Marneuli bələdiyyələrində vətəndaşların qəbulu da müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edək ki, hər il paytaxt Tbilisi ilə yanaşı, Marneuli və Qardabani rayonlarında Novruz bayramına həsr olunan ənənəvi el şənlikləri keçirilirdi.
Xatırladaq ki, hazırda Gürcüstanda 23 nəfər koronavirusa yoluxma halı var. Daha 126 nəfər karantində saxlanılır, 46 nəfər isə stasionar müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]