Martın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, səhər və axşam bəzi ərazilərdə az çiskin olacağı gözlənilir.
Temperatur gecə 1°-3° , gündüz 4°-7° isti olacaqdır.
Bakıda gecə 1°-3° , gündüz 4°-6° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 75-80 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
havanın gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5°-8° isti,
dağlarda gecə 5°-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7°-12° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5°-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 2°-dək isti gündüz 3°-6° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6°-11° , gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5°-8° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 1°-3° , gündüz 5°-7° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 0-4° isti təşkil edəcəkdir.