Martın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1°-3° , gündüz 4°-7° isti olacaqdır.
Bakıda gecə 1°-3°, gündüz 5°-7° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütununa bərabər olacaq nisbi rütubət 75-85 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
havanın əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5°-10° isti, dağlarda gecə 4°-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6° -11° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4°-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4°-9° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 1°-6° isti, dağlarda gecə 5°-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5°-10° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlarda qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 1°-3° isti, gündüz 5°-8° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 0-5° isti olacaqdır.