Masallı meşələrində ziyanvericilərin çoxalmasının qarşısı alınmışdır
Bakı, 25 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində palıd ağaclarında aşkarlanmış ziyanverici həşəratlara qarşı kimyəvi mübarizə tədbirləri görmüşlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Amerikadan Avropaya, oradan da Rusiya ərazisinə keçən və ildə bir dəfə nəsil verən karantin ziyanvericisi “Dəyişik ipəksarıyan”ın tırtılları, aprelin 20-dən sonra yumurtadan çıxaraq meşə sahəsinə sürətlə yayılmağa başlayır. Həşəratlar ağacların gövdəsinə daraşaraq cavan yarpaqları yeməklə onları çılpaqlaşdırır.
ETSN-in mütəxəssisləri xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddətdə ziyanvericilərin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısını almışlar.
Hazırda ərazi nəzarət altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]