MASALLI RAYONUNUN ƏRKİVAN QƏSƏBƏSİNDƏ SAĞLAMLIQ MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Masallı, 17 fevral (AZƏRTAC). Masallı rayonunun Ərkivan qəsəbəsində yeni sağlamlıq mərkəzi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Elmira Axundova, tibb işçiləri və qəsəbə ictimaiyyətinin nümayəndələri çıxış edərək, ölkəmizdə səhiyyənin inkişafına və tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Almaniya və Türkiyədən gətirilmiş müasir tibbi avadanlıqla təmin edilmiş yeni səhiyyə müəssisəsində pediatriya və doğum şöbələri, terapiya, stomatologiya, cərrahiyyə, peyvənd, nevropatoloq, rentgen, laboratoriya və vərəm otaqları fəaliyyət göstərəcəkdir.
Mərkəzin xidmətindən qonşu 5 kəndin əhalisi də istifadə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]